Türk atletin tabutunu öpən yunan vuruldu - VİDEO

28 Yanvar 2018 16:51 Ağır atletika 808
Türk atletin tabutunu öpən yunan vuruldu - VİDEO

Yunan ağır atletikasının tanınmış siması, Yunanıstan Ağır Atletika Milli Komandasının 51 yaşlı məşqçisi usta atlet Valerios Leonidis vəzifəsindən çıxarılıb və rütbəsi endirilib.

Sportinfo.az xəbər verir ki, onun vəzifədən çıxarılmasına səbəb məşhur türk atleti Naim Süleymanoğlunun tabutunu öpməsi olub.

Onu bu vəzifədən 1990-ların tanınmış komandasında birgə çalışdığı, hazırda Ağır Atletika Federasiyasıyasının rəhbəri Pirros Dimas kənarlaşdırıb. Vəzifədən çıxarılması Valerisosun e-mail ünvanına göndərilib.

Verilən qərar ölkədə böyük çaqınlıq yaradıb. Leonidisin yerinə 90-cı illərdə dopinq qalmaqalı ilə gündəmə gəlmiş Kristos Konstantinidis, ikinci məşqçi vəzifəsinə isə federasiya sədri Dimasın qardaşı gətirilib.


Müəllif: Alpər

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti