Bu gün II Liqada 22-ci tur başlayacaq.
Sportinfo.az xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək.
Turnir cədvəlinin son sırasında yer alan “Araz Saatlı” doğma rayonda “Göygöl”lə qarşılaşacaq.
“Ağdaş” isə “Kür-Araz”la görüşəcək, İlk “altılıq“da qalmaq istəyən “Şəmkir” də debütant “Şirvan”la münasibətlərinə aydınlıq gətirəcək.

“Araz Saatlı” – “Göygöl”
Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Saatlı OİK stadionu, 15:30
“Ağdaş” – “Kür-Araz”
Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Xalid Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Ağdaş şəhər stadionu, 16:00
“Şəmkir” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Taleh Məmmədov, Ağadur Mahmudov, Nail Nağıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şəmkir OİK stadionu, 16:00

