O, mövsümün sonuna qədər bu komandada çıxış edəcək

12 Yanvar 2025 03:00 I Divizion 1 067
O, mövsümün sonuna qədər bu komandada çıxış edəcək

“Səbail” və “Şamaxı”nın sabiq hücumçusu Bahadur Həziyev birinci liqa klubu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı ön xətt oyunçusu “Qaradağ-Lökbatan”da oynayacaq.

O, mövsümün sonuna qədər bu komandada çıxış edəcək. Həziyev mövsümə “İmişli”də başlamışdı.

Azərbaycanın U-19 yığmasının sabiq üzvü “Neftçi”nin yetirməsidir. O, “Səbail” və “Şamaxı”dan savayı, MOİK-də də oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti