İcra başçısı müraciət etdi: Mümkünsə, klubu Premyer Liqaya qaytarın

17 Yanvar 2021 21:00 I Divizion 962
İcra başçısı müraciət etdi: Mümkünsə, klubu Premyer Liqaya qaytarın

Xəbər verdiyimiz kimi, dünən “Turan Tovuz”un nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev və “Turan"ın İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər.

Rayonun icra başçısı M.Məmmədov federasiya rəhbərliyinə “Turan“la bağlı öz istəyini bildirib.

O, klubu Premyer Liqada görməyi arzuladığını deyib və bütün Tovuz əhalisi aadından bu xahişi qonaqların nəzərinə çatdırıb.

Məmmədov qeyd edib ki, “Turan“ Premyer Liqaya qaytarılarsa, bu, Tovuzla yanaşı, ümumilikdə, bölgədə futbolun inkişafını sürətləndirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti