Şahin Bağırov Göygöldə oyunçularla görüşdü - FOTOLAR

03:30 Voleybol 104
Şahin Bağırov Göygöldə oyunçularla görüşdü - FOTOLAR

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Göygöl rayonunda yeniyetmə voleybolçularla görüş keçirib.

Sportinfo.az xəbər verir ki, Göygöl rayon 1 saylı orta məktəbdə təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə Regional Voleybol Klubunun rəhbəri Nazim İsayev, klubun direktoru Sərxan Məmmədov, “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov və federasiya nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində qonaqlar yeniyetmələrin məşq prosesini izləyib, hazırlıq səviyyəsi və yaradılmış şəraitlə tanış olublar. Şahin Bağırova regionda voleybolun inkişafı istiqamətində görülən işlər və gələcək planlar barədə məlumat verilib.

Valideynlər və gənc idmançılarla söhbət edən AVF prezidenti övladlarını idmana yönləndirdiklərinə görə ailələrə təşəkkür edib, voleybolçulara isə peşəkar səviyyəyə yüksəlmək üçün tövsiyələrini verib.

O, perspektivli oyunçuların Yüksək Liqada çıxış edən “Gəncə” klubunun heyətinə cəlb olunmasının vacibliyini vurğulayaraq müvafiq tapşırıqlar verib.

Şahin Bağırov Göygöldə yeniyetmə voleybolçularla görüşüb - FOTO

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!