"Yerli məşqçilərə üstünlük verilməsinin tərəfdarıyam, artıq namizədlər də var”

10 Aprel 08:20 Voleybol 667
"Yerli məşqçilərə üstünlük verilməsinin tərəfdarıyam, artıq namizədlər də var”

Azərbaycanın yeniyetmə və gənc qız voleybolçulardan ibarət millilərinin "sükanı arxasına" yerli baş məşqçinin gətirilməsi planlaşdırılır.

Sportinfo.az xəbər verir ki, bunu "report"a Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev deyib.

"Yerli məşqçilərə üstünlük verilməsinin tərəfdarıyam. Artıq namizədlər də var.

Bu gün həm kişilərdə, həm də qadınlarda azərbaycanlı məşqçilər yetişir. Xaricdən yüksək səviyyəli mütəxəssis gələcəksə, gəlsin, xeyri var.

Amma o, voleybolu dərindən bilməli, bacarıqlı olmalı və gənclərə yer verməlidir. Böyük ehtimalla yerli mütəxəssislərə üstünlük verəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM