Azərbaycan komandası çempion oldu - Antalyada

29 Aprel 21:40 Voleybol 313
Azərbaycan komandası çempion oldu - Antalyada

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolçularımız “Sport Beach Turkiye” turnirində iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, turnirdə 20 qadın və 20 kişi cütlüyü mübarizə aparıb.

3 qadın və 3 kişi cütlüyümüzün iştirak etdiyi yarışda, B Liqasında bütün rəqiblərinə qalib gələn Ariadna Neçay-Nərmin Səmədzadə cütlüyü birinci, Lizi Latsabidze-Səbinə Əlizadə cütü isə yarışın üçüncüsü olub.

A Liqasında çıxış edən Aytac Bayramlı-Aişə Hüseynova cütü dördüncü yeri tutub.

Baş məşqçi İqor Olefirin rəhbərlik etdiyi çimərlik voleybolçularımızın Antalyadakı toplanışı davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər