“Stok Siti”dən icarəyə götürülən hücumçu Bakıya niyə gətirilməyib?

16 Sentyabr 2020 16:42 Türkiyə 566
“Stok Siti”dən icarəyə götürülən hücumçu Bakıya niyə gətirilməyib?

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” Bakıya 20 futbolçu ilə gəlib.

Sportinfo.az xəbər verir ki, “23-lük”də yer alan yarımmüdafiəçi Oqenekaro Etebonun görüşün iştirak ərizəsindən çıxarılmasının səbəbi müəyyənləşib.

“Stok Siti”dən yenicə icarəyə götürülən nigeriyalı oyunçu uzun müddət məşqlərdən kənar qaldığı üçün baş məşqçi Fatih Terim onun fiziki cəhətdən hələ tam hazır olmadığı qənaətinə gəlib.

Fiziki hazırlıq üzrə məşqçi Skott Pirinin xüsusi məşq proqramına əsasən hazırlaşan 25 yaşlı futbolçunun Super Liqanın II turu çərçivəsində sentyabrın 20-də “Başakşəhər”lə görüşdə debüt etməsi gözlənilir.

Sentyabrın 17-də Bakıda keçiriləcək matça “Qalatasaray” hücumçular Yunus Akgün və Ali Yavuz Kolunu da gətirmir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı