"Neftçi" bunu bilsə, bəlkə "Qalatasaray"dan qorxmayacaq

16 Sentyabr 2020 15:32 Türkiyə 989
"Neftçi" bunu bilsə, bəlkə "Qalatasaray"dan qorxmayacaq

"Qalatasaray"ın Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyun komandanın avrokuboklardakı 286-cı matçı olacaq.

Sportinfo.az xəbər verir ki, bu görüşlərin 99-da qələbə qazanan "sarı-qırmızılılar" 111 qarşılaşmada meydanı məğlub tərk edib, 75 oyun isə heç-heçə ilə yekunlaşıb.

Avrokubok matçlarında 377 qol vuran İstanbul təmsilçisi qapısından 428 top buraxıb. "Qalatasaray" Bakıda qalib gələcəyi təqdirdə bu, komandanın beynəlxalq arenada 100-cü qələbəsi olacaq.

Fatih Terimin başçılığı altında avrokuboklarda 79-cu oyununa çıxacaq "Cim-Bom" 30 qarşılaşmada qələbə qazanıb, 31-də məğlub olub. 17 görüşdə isə qalib müəyyənləşməyib.

"Qalatasaray" avrokuboklarda son qələbəsini 2018/2019 mövsümündə Çempionlar Liqasında qrup mərhələsinin Rusiya "Lokomotiv"i ilə matçında qazanıb. Superliqa təmsilçisi həmin oyundan sonra 13 matçdır (9 məğlubiyyət, 4 bərabərlik) qalibiyyət üzü görmür.

Səfərdə 20 oyundur qalib gələ bilməyən "sarı-qırmızılılar" avrokuboklarda sonuncu dəfə 2012/2013 mövsümündə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Şalke"ni Almaniyada 3:2 hesabı ilə yenib.

Komanda bundan sonra meydana çıxdığı 20 beynəlxalq oyunda 16 dəfə məğlub olub, 4 heç-heçə edib.

"Qalatasaray" avrokuboklarda son səfər qolunu isə 2016-cı ildə Avropa Liqasının 1/16 final mərhələsinin İtaliya "Latsio"su ilə qarşılaşmasında (1:3) vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu