"Qalatasaray" Bakıya gəlmək üçün yola çıxdı - VİDEO

16 Sentyabr 2020 13:12 Türkiyə 624
"Qalatasaray" Bakıya gəlmək üçün yola çıxdı -  VİDEO

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” yola düşüb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisini Bakıya gətirən təyyarə az öncə havaya qalxıb.

Çarter reysi ilə ölkəmizə yollanan “sarı-qırmızılılar”ın tərkibində məşqçilər korpusu və nümayəndə heyəti ilə yanaşı, 20 futbolçu yer alıb.

Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub.

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!