İlqar Qurbanov yığmamızın futbolçusu üçün Türkiyə klubuna zamin dayandı

16 Sentyabr 2020 09:28 Türkiyə 1 696
İlqar Qurbanov yığmamızın futbolçusu üçün Türkiyə klubuna zamin dayandı

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Türkiyənin I Liqasında çıxış edən "Boluspor"a keçməsindən xəbərdarsıız.

28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanılıb.

Abdullayev "Neftçi"nin yetirməsidir. O, Bakı klubundan "Everton"a transfer olunub. Yunanıstanda "Panionios", Kiprdə "Anortosis", həmçinin, "Qəbələ" və "Qarabağ"da da forma geyinib.

Bu yay Ağdam klubundan ayrılan Arazın "Boluspor"a keçidinin detalları ilə bağlı Sportinfo.az-a yeni bilgilər daxil olub. Belə ki, onun Türkiyəyə yollanmasına İlqar Qurbanov köməklik göstərib.

Vaxtilə "Boluspor"un formasını geyinmiş millinin keçmiş futbolçusu Arazı təmənnasız olaraq yaxşı tanıdığı türkiyəli menecerlərlə əlaqələndirib. Həm Qurbanov, həm də agentlər

Bolunun eyniadlı klubunun rəhbərliyinə Abdullayevə görə zəmanət verib: "Əgər ona 1 il şans versəz, gələn mövsüm kifayət qədər yüksək məbləğə Super Liqa klublarından birinə sata bilərsiz".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi