“Qalatasaray”ın yeni transferi “Neftçi” ilə oyuna hazır olacaq

14 Sentyabr 2020 19:02 Türkiyə 1 000
“Qalatasaray”ın yeni transferi “Neftçi” ilə oyuna hazır olacaq

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray”ın futbolçusu Əmrə Kılınçın durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yay fasiləsində “Sivasspor”dan transfer olunan 26 yaşlı yarımmüdafiəçi Super Liqanın 1-ci turunda “Qaziantep”lə keçirilən oyunda (3:1) zədələnib.

80-ci dəqiqədə yerini Cimmi Durmaza verən Əmrə “Qalatasaray”ın Bakıya gələcək heyətində yer alıb.

Baş məşqçi Fatih Terim oyunundan məmnun qaldığı futbolçunun zədəsinin ciddi olmadığını açıqlayıb. Sabah keçiriləcək məşqdə kollektivə qoşulacaq cinah oyunçusu “Neftçi” ilə görüşdə baş məşqçinin ixtiyarında olacaq.

Ondan fərqli olaraq, Fernando Muslera, Ahmet Çalık, Əmrə Taşdemir, Valentin Ozornvafor, Əmrə Akbaba, Kərəm Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR