“Qalatasaray” Bakı səfəri öncəsi kimi transfer edir?

14 Sentyabr 2020 21:20 Türkiyə 642
“Qalatasaray” Bakı səfəri öncəsi kimi transfer edir?

“Neftçi”nin Avropa Liqasındakı rəqibi olan “Qalatasaray” "Sportinq”dən İdrissa Dumbianı transfer etməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, maaşında 40% tutulma olan Fil Dişi Sahilindən olan dayaq yarımmüdafiəçisi Almaniyanın “Borusiya” (Mönxenqladbax), “Verder”, Belçikanın “Anderlext” və “Brüqe” klublarından da təklif alıb.

Lakin müsəlman futbolçunun ilk seçimi “Qalatasaray” olub. İngiltərənin “Votford” və “Sauthempton” klublarından gələn təklifi çalışma izni problemi üzündən dəyərləndirə bilməyən Dumbiya “Qalatasaray”da icarə əsasında çıxış edəcək.

Lakin bunun üçün “Qalatasaray”ın heyətindəki əcnəbi limitini düzəltməsi lazımdır. İstanbul klubu ona görə də hollandiyalı Rayan Babel və fransalı Yunis Belhandanı satmağa, nigeriyalılar – Valentin Ozornvafor və Cesi Sekidikanı icarəyə verməyə çalışır.

İdrissa Dumbianın 2024-cü ilədək “Sportinq”lə müqaviləsi var.

Avropa Liqasının II təsnifat mərhələsi üçün “Neftçi” ilə qarşılaşmaq üçün sentyabrın 16-da Bakıya gələcək “Qalatasaray”ın Azərbaycan səfəri öncəsi bu transferi həyata keçirəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!