"Qalatasaray"ınvitse-prezidenti: "Neftçi"ni udacağımızı gözləyirəm"

14 Sentyabr 2020 10:24 Türkiyə 459
"Qalatasaray"ınvitse-prezidenti: "Neftçi"ni udacağımızı gözləyirəm"

"Yaxşı oyun oldu. Daha böyük fərqlə qələbə qazana bilərdik".

Sportinfo/az xəbər verir ki, bu fikirləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Türkiyə Super Liqasının I turunda "Qaziantep"i evdə 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra yerli mətbuata açıqlamasında deyib.

66 yaşlı funksioner Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı matç barədə qısa danışıb:

"Etdiyimiz transferlərin nə qədər yerində olduğunu bütün Türkiyə gördü. Eyni əzm və istəklə yolumuza davam edəcəyik. Bakıdan yaxşı nəticə ilə Türkiyəyə qayıdacağımızı arzulayır və gözləyirəm".

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti