"Qalatasaray" mövsümə 3 xalla başladı, Falkao "Neftçi"ni qorxutdu - VİDEO

13 Sentyabr 2020 01:24 Türkiyə 983
"Qalatasaray" mövsümə 3 xalla başladı, Falkao "Neftçi"ni qorxutdu - VİDEO

Türkiyə Superliqasında 2020/2021 mövsümünün I turunun daha 4 oyunu baş tutub.

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" yeni mövsümdə ilk oyununu keçirib.

"Türk Telekom Arena"da "Qaziantep" komandasını qəbul edən İstanbul təmsilçisi inamlı qələbə qazanıb - 3:1. Qarşılaşmada hesabı 8-ci dəqiqədə "sarı-qırmızılılar"ın hücumçusu Radamel Falkao açıb.

Kolumbiyalı forvard penaltidən fərqlənib. 28-ci dəqiqədə "Cim-Bom"un yeni transferi Emre Kılınç fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına 5 dəqiqə qalmış Falkao dublunu rəsmiləşdirib.

Qonaqlar ikinci yarıda qollardan birinin əvəzini çıxa biliblər. Andre Felipe Ribeyro 53-cü dəqiqədə meydan sahiblərini cəzalandırıb. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

"Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.

"Qalatasaray" - "Qaziantep" 3:1

Qollar: Radamel Falkao, 8 (pen.), 40, Əmrə Kılınç, 28 - Andre Felipe, 53

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR