"Qalatasaray" millimizdən imtina edən futbolçunu istəyir

12 Sentyabr 2020 21:10 Türkiyə 1 081
"Qalatasaray" millimizdən imtina edən futbolçunu istəyir

"Qalatasaray" "Kayserispor"da çıxış edən Hasan Hüseyin Acarı heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə Emre Taşdemir və gənc futbolçulardan birini icarə əsasında təklif edib.

Tərəflərin yenidən görüşəcəyi gözlənilir. Hasan Hüseyin Acar 2018-ci ildən "Kayserispor"da oynayır.

O, 2019-cu ildə Azərbaycan millisindən gələn təklifi geri çevirib. "Qalatasaray" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!