"Qalatasaray"ın yeni transferi "Neftçi"yə qarşı oynamayacaq

12 Sentyabr 2020 11:48 Türkiyə 520
"Qalatasaray"ın yeni transferi "Neftçi"yə qarşı oynamayacaq

"Qalatasaray"ın yeni transferi Oqenekaro Etebo Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə matçda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığı qaydasında deyil.

Nigeriyalı Superliqanın ilk turunda bu gün "Qaziantep"lə matçda da meydanda olmayacaq. Etebo hazırda xüsusi proqrama uyğun məşqlər edir. Afrikalı futbolçu ilə yanaşı Emre Akbaba zədə səbəbindən "Neftçi" ilə qarşılaşmanı buraxacaq.

"Qalatasaray" Oqenekaro Etebonu İngiltərənin "Stok Siti" klubundan transfer edib. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti