Bu klubun adı dəyişdirildi

10 Sentyabr 2020 00:14 Türkiyə 1 661
Bu klubun adı dəyişdirildi

"Osmanlıspor”un adı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, sözügedən klub bundan sonra “Ankaraspor” adlandırılacaq.

Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, klub artıq yeni adını və loqosunu TFF-yə təqdim edib. Bu üzdən də sözügedən komanda yeni mövsümdən TFF 1-ci Liqada məhz “Ankaraspor” adı ilə mübarizə aparacaq.

Ankara təmsilçisi əvvəllər məhz “Ankaraspor” adı ilə mübarizə aparsa da, 2014-cü ildə adını və loqosunu dəyişərək “Osmanlıspor” adlandırılmışdı. Klub 1978-ci ildən fəaliyyətdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR