Azərbaycan millisinin sabiq futbolçusu Cihan Özkaranın yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Türkiyə Birinci Liqa təmsilçisi "İstanbulspor"da davam etdriəcək.
O, İstanbul klubu ilə 3 illik müqavilə bağlayıb. Ötən mövsümü Almaniyanın IV liqa komandası "Rot-Veis Oberhauzen"də keçirən forvard 24 görüşdə 1 dəfə fərqlənə bilib.
Cihan Özkara Azərbaycan millisinin heyətində 18 oyun keçirib və bir qol vurub. Türkiyəli futbolçu vaxtilə ölkəmizdə "Sumqayıt" və "Xəzər Lənkəran"ın da formasını geyinib.

