Debütant “Neftçi“yə “Qalatasaray”ı büdrətməyin yolunu göstərdi - VİDEO

4 Sentyabr 2020 14:36 Türkiyə 1 309
Debütant “Neftçi“yə “Qalatasaray”ı büdrətməyin yolunu göstərdi - VİDEO

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray" daha bir yoxlama görüşü keçirib.

Sportinfo.az xəbər verir ki, matına görə, bir neçə gün əvvəl "Umraniyespor"u məğlub edən (2:0) İstanbul nəhəngi bu dəfə Super Liqanın debütantı "Hatayspor"la üz-üzə gəlib.

"Cim-bom"un baş məşqçi Fatih Terim yeni mövsüm öncəsi ikinci dəfə yetirmələrini sınaqdan keçirib. "Türk Telekom Arena"da baş tutan görüş qollu bərabərliklə yekunlaşıb - 1:1.

"Cim-bom"un heyətində 31-ci dəqiqədə Arda Turan fərqlənsə də, "Hatayspor" ikinci hissədə cavab qolu ilə məğlubiyyətdən qaça bilib.

“Qalatasaray” matça bu “11-lik”lə çıxıb: Fatih Öztürk, Şener Özbayraklı, Rayan Donk, Markao, Marselo Sarakki, Taylan Antalyalı, Sofian Fequli, Yunes Belhanda, Ömər Bayram, Arda Turan, Radamel Falkao.

Sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR