Bir gündə dörd transfer - Super Liqa klubundan

3 Sentyabr 2020 00:28 Türkiyə 1 069
Bir gündə dörd transfer - Super Liqa klubundan

“Kasımpaşa” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Avstriyanın “Sankt-Pölkten” klubundan yarımmüdafiəçi Alan Kariusu, “Əskişəhərspor”dan sağ cinah müdafiəçisi Feyzi Yıldırımı, “Boluspor”dan sol cinah müdafiəçisi Yasin Dülgəri, Macarıstanın “Debretsen” klubundan isə yarımmüdafiəçi Kevin Varqanı transfer edib.

Bu barədə “Kasımpaşa”nın rəsmi saytı məlumat yayıb. Alan Kariusla 2, Feyzi Yıldırım və Yasin Dülgərlə 3, Kevin Varqa ilə 3+1 illik müqavilə imzalanıb.

24 yaşlı Feyzi Yıldırım “Əskişəhərspor”un öz yetirməsidir. O, müxtəlif illərdə “Afyonspor”, “Nazilli Belediyespor”, “Niğde Belediyespor” kimi klublarda icarədə, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

“Boluspor”in yetirməsi olan Yasin Dülgər də 24 yaşındadır. O da “Nevşehir Belediyespor, “Nazilli Belediyespor”, “Çorum Belediyespor”, “Ərzincanspor” klublarında icarədə çıxış edib.

Macarıstan yığmasının da üzvü olan Kevin Varqa “Debretsen”in yetirməsidir. 24 yaşlı futbolçu qısa müddət “Balmazuyvaroş”, “Çiqand” kimi klublarda icarədə də olub.

23 yaşlı Alan Karius isə Braziliyadandır. O, bu ilin mart ayından “Sankt-Pölten”də çıxış edir. Yarımmüdafiəçi karyerası ərzində “Volta Redonda”, LASK, “Yuniors”, “Blau Vays Lins” və “Vila Nova” kimi klublarda da forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR