"Qalatasaray"dan "Neftçi" paylaşımı: "AzərbayCANda görüşərik"

31 Avqust 2020 16:24 Türkiyə 1 611
"Qalatasaray"dan "Neftçi" paylaşımı: "AzərbayCANda görüşərik"

"Qalatasaray"Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Neftçi"yə cavab verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi rəsmi "Twitter" hesabından azərbaycan dilində paylaşım edib.

"Sarı-qırmızılar" "AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin" yazıb.

"Neftçi" daha əvvəl "Twitter"də "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" paylaşımını etmişdi.

Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR