"Fənərbaxça" yeni transferini açıqlayıb.
Sportinfo.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Las Palmas"ın müdafiəçisi Maurisio Lemosu rənglərinə bağlayıb. Uruqvaylı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
"Fənərbaxça"nın 24 yaşlı futbolçunun transferi üçün 1,5 milyon avro təzminat ödəyib. Lemosun illik maaşı 850 min avro olacaq.
Uruqvay millisinin üzvü ötən mövsüm keçirdiyi 27 oyunda 1 qol vurub.

