Yeni mövsümün püşkü atıldı - Super Liqada

27 Avqust 2020 00:14 Türkiyə 1 173
Yeni mövsümün püşkü atıldı - Super Liqada

Türkiyə Super Liqasında 2020/21 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, yeni mövsümə sentyabrın 11-də start veriləcək.

Yeni mövsümdə Super Liqada 21 komanda yarışacaq. Hər komanda mövsüm ərzində 40 oyun keçirəcək. Dövrələrarası fasilə olmayacaq.

İlk turun oyunları 11-14 sentyabr aralığında keçiriləcək. İlk dövrəyə yanvarın 24-də yekun vurulacaq. Yanvarın 29-da start götürəcək ikinci dövrə isə mayın 16-da 42-ci turun oyunları ilə yekunlaşacaq.

İlk turda “Konyaspor” istirahət edəcək. Açılış turunun mərkəzi oyunu “Trabzonspor”la “Beşiktaş” arasında baş tutacaq.

11-14 sentyabr

Ankaragücü - Ərzurumspor

Sivasspor - Alanyaspor

Kayserispor - Kasımpaşa

Rizəspor – Fənərbaxça

Hatayspor - Başakşəhər

Qalatasaray - Qaziantep

Fatih Karagümrük - Yeni Malatyaspor

Göztəpə - Dənizlispor

Trabzonspor - Beşiktaş

Antalyaspor - Gənclərbirliyi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR