Prosineçki hara gedir, onu da özüylə ora aparır - FOTO

25 Avqust 2020 15:32 Türkiyə 1 495
Prosineçki hara gedir, onu da özüylə ora aparır - FOTO

“Dənizlispor” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Bosniya və Herseqovinadan olan hücumçu Muris Meşanoviçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çexiyanın “Mlada Boleslav” klubundan icarəyə götürülən futbolçu ilə bir illik müqavilə imzalanıb.

“Yablonets”in yetirməsi olan Meşanoviç, “Vısoçina Jihlava”, “Dunayska Streda”, “Slaviya” (Praqa) kimi klublarda da forma geyinib. Onu 2019-cu ildə transfer edən “Mlada Boleslav” forvardı bu ilin əvvəlində Türkiyənin digər Super Liqa təmsilçisi “Kayserispor”a da icarəyə vermişdi.

Bu, Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin istəyi ilə baş tutmuşdu. Mövsümün sonunda Kayseri klubundan ayrılan və Dənizli təmsilçisinə baş məşqçi təyin olunan xorvat mütəxəssis indi də sevimli oyunçusunu “Dənizlispor”a gətirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR