“Qalatasaray”ın oyununa koronavirus əngəli

25 Avqust 2020 01:52 Türkiyə 1 319
“Qalatasaray”ın oyununa koronavirus əngəli

“Qalatasaray”ın “Eyüpspor”la keçirməli olduğu yoldaşlıq görüşü təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb.

Rəqib komandanın oyunçularından birində koronavirus aşkarlanıb. Bu üzdən də bu gün saat 12:00-a təyin edilən matç baş tutmayıb.

Bunun əvəzində Fatih Terimin komandasının klubun U-19 kollektivi ilə üz-üzə gələcəyi bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR