"Beşiktaş"ın ən güclü oyunçularından biri Burak Yılmaz idi, o da klubdan ayrılıb. İstanbul təmsilçisi artıq zəif komandadır".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Hurriyet"ə açıqlamasında "Kayserispor"un futbolçusu Pedro Enrike Çempionlar Liqasının II təsnifat mərhələsində "Beşiktaş"ın PAOK ilə matçı barədə danışarkən deyib.
PAOK - "Beşiktaş" görüşü avqustun 25-də gerçəkləşəcək. 30 yaşlı yarımmüdafiəçi Yunanıstan təmsilçisinin qələbə qazanacağını söyləyib. Enrikenin sözlərinə görə, PAOK qarşılaşmanın favoritidir.
2017/2018 mövsümündə müqavilə ilə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike icarə əsasında “Qarabağ”da çıxış edib. Braziliyalı oyunçu Ağdam təmsilçisi ilə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində oynayıb.
O, Bakıda İtaliyanın "Roma" komandasına 1:2 hesabı ilə uduzduqları matçda fərqlənərək, Azərbaycan futbol tarixində ÇL-in qrup mərhələsində qol vuran ilk oyunçu olub.

