Mışhur Türkiyə klubu daha bir legionerini yola saldı

21 Avqust 2020 01:38 Türkiyə 1 113
Mışhur Türkiyə klubu daha bir legionerini yola saldı

"Trabzonspor” daha bir legioneri ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, Superliqa təmsilçisi Nemanya Andusiçin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Andusiçin müqaviləsinin 50 min avro qarşılığında ləğv olunduğu diqqətə çatdırılıb.

"Trabzonspor” Andusiçi ötən mövsümün əvvəlində Bosniya və Herseqovinanın "Mladost” klubundan 50 min avroya transfer etmiş və 4 illik müqavilə bağlamışdı. Lakin futbolçu komandada möhkəmlənə bilməyib. O, geridə qalan mövsümü "Balıkesirpsor”da icarədə keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR