“Beşiktaş” braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzaladı

21 Avqust 2020 00:28 Türkiyə 946
“Beşiktaş” braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzaladı

"Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan Velintonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Qara qartallar” bu transferin tərkib hissəsi kimi geridə qalan mövsümdə “Sivasspor”a icarəyə verdiyi futbolçusu Fatih Aksoyu da “Alanyaspor”a satıb. Hansı ki, gənc futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Velinton geridə qalan mövsümdə “Alanyaspor” formasıyla 27 oyuna çıxıb, 3 qola imza atıb. “Beşiktaş” daha öncə Velintonun “Alanyaspor”dakı komanda yoldaşı Fabris Nskala ilə “Kayserispor”dan Bernard Mensahı da transfer etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR