Yığmamızın müdafiəçisi klubu ilə müqaviləni uzatdıı

16 Avqust 2020 12:40 Türkiyə 1 554
Yığmamızın müdafiəçisi klubu ilə müqaviləni uzatdıı

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakın taleyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, sol cinah müdafiəçisi klubu "Altınordu" ilə başa çatan müqaviləsini yeniləyib.

30 yaşlı oyunçu TFF I liqa təmsilçisi ilə yeni 1 illik sazişə qol çəkib. Ufuk artıq kollektivlə birlikdə məşqlərə qoşulub. Beləliklə, İzmir təmsilçisi sözləşmə müddəti başa çatan 6 oyunçudan yalnız yığmamızın keçmiş üzvünü komandada saxlayıb.

Ötən il "Boluspor"dan "Altınordu"ya keçən Ufuk Budak 23 çempionat matçında iştirak edib, 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR