Bir transfer, bir yeni müqavilə - Super Liqa klubundan

15 Avqust 2020 01:45 Türkiyə 1 005
Bir transfer, bir yeni müqavilə - Super Liqa klubundan

“Göztəpə” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Hatayspor”un yarımmüdafiəçisi Kubilay Sönmezi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Kubilay 2018-ci ildən “Hatayspor”da çıxış edirdi. Futbolçu daha öncə “Dardanelspor”, “Şanlıurfaspor”, “Kayserispor”, “Erzurumspor” və “Adana Demirspor”da da forma geyinib.

“Göztəpə” öz oyunçularından Soner Aydoğdu ilə də yeni müqavilə bağlayıb. Ötən mövsümün əvvəlində “Başakşəhər”dən bir illik icarəyə götürülmüş 29 yaşlı yarımmüdafiəçinin qarşıdakı iki mövsümdə də heyətdə saxlanılmasına qərar verilib.

Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. 2018-ci ildən “Başakşəhər”ə qoşulan Soner, “Gənclərbirliyi”, “Hacettepe”, “Trabzonspor” və “Akhisarspor”un da uğurları üçün çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR