"4-5 Türkiyə klubuna futbolçularımızı təklif eləmişəm, istəmirlər"

14 Avqust 2020 13:12 Türkiyə 1 143
"4-5 Türkiyə klubuna futbolçularımızı təklif eləmişəm, istəmirlər"

«Çoxları bəzən elə fikirləşir ki, heç bir azərbaycanlı oyunçunun ölkə xaricinə çıxması üçün cəhd etmirəm».

Sportinfo.az xəbər verir ki, bu sözləri menecer Xanbaba Daşdı deyib.

O, bildirib ki, hazırda davam edən transfer dönəmində 4-5 Türkiyə klubun un axtardığı bütün mövqelərə ən azı 1 azərbaycanlı futbolçunu təklif edib:

«Təəssüf ki, ən yaxşılarımıza belə, ciddi təklif almaq olmur. Çoxlarının adı mətbuatda hallanır, bəzilərini də heç kim bilmir. Şəxsən Türkiyə bazarı üçün üzərimə düşəni edirəm. Amma klublara kimisə zorla bəyəndirmək olmaz.Yenə də davam edirik, xeyirlisi Allahdan! Hamıdan çox, özümüz də istəyirik bunu».

Digər Xəbərlər
Xəbər Lenti