"Latsio" "Fənərbaxça"nın hücumçusunu transfer etdi

14 Avqust 2020 09:42 Türkiyə 1 434
"Latsio" "Fənərbaxça"nın hücumçusunu transfer etdi

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.

Sportinfo.az xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 18,15 milyon avrosundan keçib.

Əgər paytaxt klubu növbəti mövsüm A Seriyasında çempion olsa İstanbul təmsilçisinə 2,5 milyon avro bonus ödəyəcək. 2-ci yer 1,5 milyon, 3-cü pillə 1 milyon, 4-cülüyün bonusu isə 0,5 milyon avro təyin olunub. Növbəti satışdan "sarı-lacıvərdli" kluba pay ödəniləcək.

Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq. Muriki növbəti həftə Romaya yollanıb, tibbi müayinədən keçəcək.

"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti