Qurbanovun "yox" dediyi komandanı Erdoğan götürdü - FOTO

11 Avqust 2020 16:14 Türkiyə 1 087
Qurbanovun "yox" dediyi komandanı Erdoğan götürdü -  FOTO

Türkiyə Super Liqasına vəsiqə qazanan "Hatayspor"un yeni baş məşqçisi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, komanda Ömər Erdoğana tapşırılıb.

43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda Mehmet Altıparmakı əvəzləyib.

"Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis bunu qəbul etməyib. O. 12 ildən artıqdır çalışdığı Ağdam təmsilçisindən ayrılmaq istəməməsini Azərbaycanın yaşadığı ictimai-siyasi vəziyyətlə əlaqələndirib.

Qurbanov buradakı işlərinin də yarımçıq qala biləcəyindən narahat olub və «Hatayspor»da böyük perspektiv görməyib. Əks halda, debütantın 2+1 illik müqavilə təklifini geri çevirməzdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR