"Qarabağ"dan gedənə 600 min avro ödəyəcək

10 Avqust 2020 18:06 Türkiyə 1 880
"Qarabağ"dan gedənə 600 min avro ödəyəcək

Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" heyətini yeni qapıçı ilə gücləndirir.

Sportinfo.az xəbər verir ki, komanda "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə anlaşıb.

Bosniya və Herseqovina millisinin üzvü razılaşmaya əsasən, iki il bölgə təmsilçisində çıxış edəcək. "Konyaspor" 32 yaşlı qolkiperə illik 600 min avro ödəyəcək. Bu komandanın baş məşqçisi əvvəllər "Bakı"ya da rəhbərlik etmiş Bülent Korkmazdır.

İbrahim Şehiç son olaraq "Erzurumspor"un formasını geyinib. Şehiç bu komandaya 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR