“Qalatasaray” Ardana elə pula qaytarııb ki… - FOTO

6 Avqust 2020 20:40 Türkiyə 1 185
“Qalatasaray” Ardana elə pula qaytarııb ki… - FOTO

“Qalatasaray” yeni transferi Arda Turanın müqavilə müddətini və onun gəlirini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

İstanbul təmsilçisi 2020-2021 mövsümündə Ardaya 4 milyon TL (təqribən 567 min avro) məvacib verəcək.

Təcrübəli futbolçu bu müddətdə Avropa Liqası və Superliqada oyunların yarısından çoxunda ilk 11-likdə olsa, müqaviləsi avtomatik olaraq daha bir il uzadılacaq. Bu baş versə, o, gələn mövsüm 5 milyon TL (təqribən 583 min avro) məvacib alacaq.

“Atletiko” və “Barselona”da da çıxış etmiş Arda “Qalatasaray”ın yetirməsidir. O, 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"