“Fənərbaxça”ya baş məşqçi təyin olunacaq

4 Avqust 2020 00:28 Türkiyə 1 322
“Fənərbaxça”ya baş məşqçi təyin olunacaq

"Alanyaspor”un baş məşqçisi Erol Bulut postundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Daha öncə iki il “Yeni Malatyaspor”un baş məşqçisi olmuş Erol Bulut “Alanyaspor”u ötən mövsümün əvvəlindən çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2019/20 mövsümünü 5-ci pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazanıb.

Kubokun finalına da çıxan bu kollektiv finalda “Trabzonspor”a uduzub. Erol Bulutun “Fənərbaxça”ya baş məşqçi təyin olunacağı barədə xəbərlər dolaşır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı