Arda yenidən “Qalatasaray”da

3 Avqust 2020 22:40 Türkiyə 1 274
Arda yenidən “Qalatasaray”da

Arda Turan “Qalatasaray”la müqavilə imzalayıb.

Sportimfo.az xəbər verir ki, 33 yaşlı futbolçu sarı-qırmızılarla tam razılığa gəlib.

Arda Turan yeni mövsümdə Fernando Muslera ilə bərabər “Qalatasaray”ın kapitanlarından biri olacaq. Qeyd edək ki, Turanın “Barselona” ilə olan müqaviləsi bu ilin iyununda bitib. 2019/20 mövsümündə türk icarə əsasları ilə “İstanbul”da çıxış edib.

O, komandanın tərkibində 12 matç keçirib. 2020-ci ilin yanvarında klub futbolçu ilə icarə anlaşmasını pozub. Turan “Qalatasaray”da 2000-2011-ci illərdə çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti