Ölkə çempionatında komanda sayı artırıldı – YENİ QƏRAR

29 İyul 2020 23:00 Türkiyə 2 011
Ölkə çempionatında komanda sayı artırıldı – YENİ QƏRAR

Türkiyə Super Liqasında I Liqaya enmə qaydası 2020/2021 mövsümü üçün ləğv olunub.

Sportinfo.az xəbər verir ki, cari mövsüm 18 komandalı çempionatda son 3 pilləni tutan "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" elitanı tərk etməyəcək.

I Liqadan daha 3 komandanın gəlişi ilə növbəti mövsüm Superliqada iştirakçı sayı 21-ə çatdırılacaq.

2020/2021 mövsümünün sonunda isə axırıncı 4 yeri tutacaq klublar I Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək.

Bu yolla 20 komandalı çempionatda ümumi gəlirin 44,8 faiz artaraq, 7,24 milyard lirəyə yüksəlişi proqnozlaşdırılır.

Digər tərəfdən, legioner limiti ilə bağlı qəbul olunmuş yeni qaydaların 1 il təxirə salınması nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"