"Qalatasaray"da 4 transfer: 3-ü eköhnə, 1-i yeni - ADLAR

26 İyul 2020 14:20 Türkiyə 1 888
"Qalatasaray"da 4 transfer: 3-ü eköhnə, 1-i yeni - ADLAR

Transfer çalışmalarına start verən "Qalatasaray" 3 keçmiş futbolçusu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, son olaraq icarə əsasında "Başakşəhər"də çıxış edən Arda Turan, "Deportivo" ilə müqaviləsi başa çatan Emre Çolak və Praqa "Sparta"sı ilə yollarını ayıran Semih Kaya ilə razılıq əldə olunub.

Qeyd edək ki, Arda Turan 2005-2011, Emre Çolak 2009-2016, Semih Kaya 2009-2017 və 2019-cu illərdə "Qalatasaray"da çıxış edib.

"Qalatasaray" "24 Erzincanspor"da çıxış edən 21 yaşlı Məhəmməd Kərəm Aktürkoğlunu da heyətinə qatıb. Bu barədə futbolçu canlı yayımda açıqlama verib. "Yenri mövsümdə Türkiyənin ən böyük klubu "Qalatasaray"ın formasını geyinəcəm" - deyə, gənc forvard bildirib.

Məhəmməd Kərəm Aktürkoğlu cari mövsümdə "24 Erzincanspor"un heyətində meydana çıxdığı 34 oyunda 20 qol vurub və bir məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"