“Beşiktaş” 3-cü yeri tutdu, Avropa Liqasına vəsiqə qazandı

26 İyul 2020 00:14 Türkiyə 846
“Beşiktaş” 3-cü yeri tutdu, Avropa Liqasına vəsiqə qazandı

Türkiyə Super Liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.

“Fənərbaxça” son turda “Rizəspor”la, “Beşiktaş” isə “Gənclərbirliyi” ilə qarşılaşıb. Hər iki oyunda İstanbul təmsilçisi qələbəni bayram edib. “Fənərbaxça” mövsümü 7-ci pillədə başa vursa da, “Beşiktaş” 3-cü yeri tutmaqla Avropa Liqasına vəsiqə qazanıb.

Avroliqaya digər vəsiqəni 4-cü olan “Sivasspor” qazanıb. Baxmayaraq ki, bu komanda son turda “Göztəpə”yə uduzub.

“Trabzonspor” son turda səfərdə “Kayserispor”a qalib gəlməklə ikinci pillədəki mövqeyini qoruyub və UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb.

Mövsümü eyni xalla (32) başa vuran “Yeni Malatyaspor”, “Ankaragücü” və “Kayserispor” Super Liqa ilə vidalaşıb. Bu komandalar növbəti mövsümü TFF 1-ci liqada keçirəcək.

Turun və mövsümün son matçında çempion “Başakşəhər” “Kasımpaşa” səfərinə yollanacaq.

Antalyaspor – Qalatasaray 2:2

Qol: Fredi, 19. Blanko, 90+2 – Saraççi, 58. Belhanda, 65-pen.

Dənizlispor – Ankaragücü 0:1

Qol: İ.Parlak, 90+4.

Fənərbaxça – Rizəspor 3:1

Qol: E.Belözoğlu, 39-pen. Q.Rodriqes, 60. O.Tufan, 90+8 – Şkoda, 53.

Gənclərbirliyi – Beşiktaş 0:3

Qol: Hatçinson, 52-pen. Diabi, 78. Elneni, 81-pen.

Göztəpə – Sivasspor 3:1

Qol: Napoleoni, 31-pen. Mossoro, 55. B.Emir, 90+5-pen – Fernando, 49.

Kayserispor – Trabzonspor 1:2

Qol: P.Enrike, 85-pen – Novak, 63. Sorlot, 90+6.

Konyaspor – Alanyaspor 2:3

Qol: A.Uludağ, 20. Aniçiç, 27 – Fernandes, 63. Bakasetas, 81. E.Karaca, 87.

Yeni Malatyaspor – Qaziantep 0:1

Qol: Djilobodji, 63.

26 iyul

18:00 Kasımpaşa – Başakşəhər

Digər Xəbərlər
Xəbər Lenti