Bundan sonra yerli futbolçular "qaz vurub, qazan doludracaq" - VİDEO

25 İyul 2020 23:40 Türkiyə 1 123
Bundan sonra yerli futbolçular "qaz vurub, qazan doludracaq" - VİDEO

Türkiyə Super Liqasında növbəti mövsüm sentyabrın 11-də başlayacaq və 2021-ci il mayın 16-da yekunlaşacaq.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar yay transfer dövrü avqustun 4-dən sentyabrın 5-dək davam edəcək.

Superliqa klubları 2020/2021 mövsümündə maksimum 14 legionerlə müqavilə bağlaya biləcəklər. Onlardan biri 1 yanvar 1996-cı il və sonra doğulan futbolçulardan olacaq və yalnız 8-i start heyətdə yer alacaq.

Matçın 21 nəfərlik iştirak ərizəsində aşağı yaş qruplarından yetişmiş 1 yanvar 1998-ci il və sonra anadan olmuş bir oyunçunun olması tələbi qoyulacaq.

2021/2022 mövsümündə legioner sayı maksimum 12, onlardan ən azı biri 1 yanvar 1998-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 7-si, aşağı yaş qrupundan isə 1 yanvar 2020-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.

2022/2023 mövsümündə legioner sayı maksimum 10, onlardan ən azı biri 1 yanvar 2000-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 6-sı, aşağı yaş qrupundan isə 1 yanvar 2022-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.

Türkiyə Futbol Federasiyasının son qərarı Super Liqa məşqçiləri tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət bu addımın əleyhinə çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR