Qurban Qurbanovun yerinə məşhur "Qalatasaray"lı gətirilir?

21 İyul 2020 18:48 Türkiyə 2 442
Qurban Qurbanovun yerinə məşhur "Qalatasaray"lı gətirilir?

Qurban Qurbanovla danışıqlar aparan və yox cavabı alan "Hatayspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az "Fanatik"ə istinadən xəbər verir ki, Super Liqaya vəsiqə qazanan komandanın sükanı arxasına İqor Tüdor keçəcək.

Məlumata görə, rəhbərlik tezliklə Mehmet Altıparmakla yollarını ayıracaq və xorvat mütəxəssislə müqavilə imzalayacaq.

İqor Tüdor karyerası ərzində Xorvatiyanın "Hayduk", Yunanıstanın PAOK, Türkiyənin "Qalatasaray", "Karabükspor" və İtaliyanın "Udineze" klublarını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR