"Qarabağ"dan alıb, "quşu gözündən vurublar" - FOTO

21 İyul 2020 13:54 Türkiyə 1 902
"Qarabağ"dan alıb, "quşu gözündən vurublar" - FOTO

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da oynayan İbrahim Şehiç cari mövsüm Türkiyə birinci liqasında ən az qol buraxan qapıçı olub.

Sportinfo.az xəbər verir ki, bosniyalı qolkiper birinci liqada bütün 34 matçda 90 dəqiqə meydanda olub və cəmi 26 qol buraxıb.

Bununla da, o, komandasının Türkiyə Superliqasına vəsiqə qazanmasında böyük rol oynayıb.

"Erzurumspor" 1-ci liqanı 62 xalla 2-ci pillədə tamamlayıb və elitaya yüksəlib. Şehiç 2013-18-ci illərdə “Qarabağ”da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR