Azərbaycanlı baş məşqçidən əl çəkmir - DEBÜTANT

20 İyul 2020 22:40 Türkiyə 1 352
Azərbaycanlı baş məşqçidən əl çəkmir - DEBÜTANT

Türkiyə Super Liqasına vəsiqə qazanan "Hatayspor" baş məşqçisi Mehmet Altıparmakla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi 51 yaşlı mütəxəssislə yollarını ayırıb.

2009-cu ildə "Qarabağ"da köməkçi məşqçi, 2010 - 2012-ci illərdə "Qəbələ"də köməkçi məşqçi və baş məşqçi olan Fatih Kavlak idman direktoru vəzifəsinə təyin olunub.

“Hatayspor” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu komandanın başına gətirməkdə israrlıdı.

Qurbanov qarşı tərəfə “yox” cavabı versə də, Superliqa klubu danışıqları yenidən başladıb. Bu barədə qardaş ölkənin “Milliyət” qəzeti məlumat yayıb.

Klubun idarə heyətinin növbəti mövsüm üçün planlamaya bu həftə keçiriləcək toplantıda başlayacağı bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR