Elitanı tərk edəcəyi dəqiqləşən ilk komanda - VİDEO

20 İyul 2020 01:38 Türkiyə 1 049
Elitanı tərk edəcəyi dəqiqləşən ilk komanda - VİDEO

Türkiyə Super Liqasında 2019/20 mövsümünün başa çatmasına bir tur qalmış elitanı tərk edəcəyi dəqiqləşən ilk komanda bəlli olub.

Sportinfo.az xəbər verir ki, 18 komanda arasında sonuncu pillədə qərarlaşmış “Ankaragücü” 1-ci liqaya düşüb.

Buna sözügedən komandanın 33-cü turda “Antalyaspor”a 0:1 hesablı məğlubiyyəti səbəb olub. Hesabında 29 xalı olan bu komandanın sonuncu pilləni tərk edə bilməyəcəyi dəqiqləşib. “Ankaragücü” iki mövsüm idi ki, Super Liqada mübarizə aparırdı.

Digər Xəbərlər
Xəbər Lenti