Türkiyə Super Liqasında 33-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında 8 oyundur ki, qələbəyə həsrət olan “Qalatasaray” “Göztəpə”ni qəbul edib. İstanbul təmsilçisi, nəhayət ki, bu oyunda uğursuz gedişata son qoyub.
"Qalatasaray" – "Göztəpə" 3:1
Qol: Saraççi, 60. E.Akbaba, 81. Y.Akgün, 90+6 – Napoleoni, 77.

