Yığmamızın hücumçusu "Elazığspor"la razılıq əldə etdi

14 İyul 2020 11:34 Türkiyə 805
Yığmamızın hücumçusu "Elazığspor"la razılıq əldə etdi

Azərbaycan millisinin sabiq futbolçusu Deniz Yılmazın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu sabiq komandası "Elazığspor"la razılıq əldə edib.

Klubun prezidenti Selçuk Öztürk Yılmazla anlaşdıqlarını söyləyib. Oyunçu özü də 2-ci liqa təmsilçisinə qayıtmağa razılıq verib.

Deniz Yılmaz 2016-cı ildə Azərbaycan millisinin heyətində 2 oyun keçirib. O, 2013/14 mövsümündə "Elazığspor"un formasını geyinib. Hücumçu son olaraq 2018/2019 mövsümündə Türkiyənin "Genclerbirliyi" klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti