“Qalatasaray”ın qara gecəsi: autsayderə də uduzdu - VİDEO

13 İyul 2020 00:52 Türkiyə 745
“Qalatasaray”ın qara gecəsi: autsayderə də uduzdu - VİDEO

Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, “Qalatasaray” səfərdə autsayder “Anakaragücü” ilə qarşılaşıb və gözlənilmədən rəqibinə uduzub - 0:1.

Oyunda yaganə qolu 62-ci dəqiqədə Oskar Skarione penaltidən vurub. Bununla da “Qalatasaray” ardıcıl 3-cü oyununda uduzub.

Fatih Terimin komandası ardıcıl 8 oyundur ki, qalib gələ bilmir. “Sarı-qırmızılar” sonuncu dəfə martın 1-də 24-cü turda “Gənclərbirliyi” ilə görüşdə qalib gəlib – 3:0.

Bir müddət əvvəl çempionluğa əsas namizədlərdən sayılan “Qalatasaray” hazırda 52 xalla 5-ci pillədədir. “Ankaragücü” 29 xalla sonuncu - 18-cidir. Turnir cədvəlinə 66 xalla “Başakşəhər” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti