"Yeni Malatyaspor" koronavirus testlərinin nəticəsini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, analizlərdən sonra biri futbolçu olmaqla, komandanın 2 üzvünün koronavirusa yoluxduğu üzə çıxıb.
Hər iki şəxs karantinə alınıb və onların müalicəsinə başlanılıb. Türkiyə Superliqasının oyunları martın 19-da pandemiya səbəbindən dayandırılıb.